Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

Mədəniyyət işçiləri ilə görüş
(050) 340-40-30

Fəaliyyət

Londonda yaşayan Azərbaycanlı gənclərlə görüş keçirilmişdir - 2010-12-07

Bildiyiniz kimi, Azərbaycandan nümayəndə heyəti Fransa və Böyük Britaniyada səfərdədir. Nümayəndə heyətində Gənclər və İdman Naziri Azad Rəhimov, Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft fondunun rəhbəri Şahmar Mövsümov, Təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkili Ceyhun Osmanlı, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində sektor müdiri Həsən Məmmədzadə, "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu"nun (ASAIF) sədri Orxan Əkbərov təmsil olunurlar. Artıq Parisdə öz işini uğurla başa vurmuş heyət Londonda Royal Garden Hoteldə növbəti görüşünü keçirmişdir.

Görüşdə həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da iştirak etmişdir. Gənclərin böyük marağına səbəb olmuş görüşlər uğurlu keçmişdir. Görüşlər zamanı "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu"nun (ASAIF) sədri Orxan Əkbərov təşkilatın təqdimatını da etmişdir.

Rəsmilər tələbələri düşündürən bütün sualları cavablandırmış, müasir Azərbaycanda insan kapitalının formalaşmasında bu tələbələrin rolu və dövlətin bu sahəyə sistemli, ardıcıl və artan qayğısından bəhs etmişlər.

printerçap versiyası