Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

54
(050) 340-40-30

Fəaliyyət

Millət Vəkili Ceyhun Osmanlıdan Yeni Təşəbbüs - 2010-12-22

Millət vəkili Ceyhun Osmanlı yeni təşəbbüslə çıxış edib.Deputat yol nişanları ilə bağlı təklif verib. Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkə kimi daima öz psixoloji hazırlığımızı qorumalıyıq: "Dünya təcrübəsi göstərib ki, cəmiyyətin tamamilə müharibə əhval-ruhiyyəsinə köklənməsi üçün hər bir sıravi vətəndaşın onun təzahürlərini gündəlik həyatında əyani şəkildə görməsi və hiss etməsi gərəkdir.

Azərbaycan Milli Məclisi olaraq biz bunun təmin edilməsi üçün hər şeydən, hətta ən kiçik şansdan belə istifadə etməyi bacarmalıyıq. Milli Məclisdə Yol Nişanları ilə bağlı Azərbaycanın qoşulduğu Avropa Konvensiyasının ratifikasiya edilməsi bunun üçün yaranmış əlverişli fürsətlərdən biridir. Belə ki, yol kənarlarında quraşdırılacaq nişanverici lövhələrdə həm Bakıdan, həm də ayrı-ayrı rayonlarımızdan işğal olunmuş ərazilərimizə olan müvafiq məsafə, həmçinin ora aparan yolu göstərən xəritələr əksini tapmalıdır. Azərbaycan yolları ilə hərəkət edən hər kəs Bakıdan-Şuşaya, həmçinin Xankəndi və Xocalıya uzanan yolun uzunluğunu birdəfəlik yaddaşına həkk etməlidir".

C.Osmanlı qeyd edib ki, bununla biz həm işğal olunmuş ərazilərimizin adını və yerini kiçik yaşlarından etibarən hər bir vətəndaşımızın yaddaşına həkk edəcək, həm də millətimizi psixoloji cəhətdən tarixi yola hazırlaya biləcəyik: "Çoxları elə zənn edir ki, işğal altında olan torpaqlarımız bizdən xeyli uzaqdır. Əslində isə belə deyil. Məsələn, Bakıdan Şuşaya olan məsafə Tovuzdan, Xankəndinə olan məsafə, Qazaxdan, Xocalıya olan məsafə isə Gədəbəydən daha yaxındır. Hər bir azərbaycanlı bilməlidir ki, işğal olunmuş ərazilərimiz bizə düşündüyümüzdən daha yaxındır. Bu üsulla biz eyni təsiri ölkəmizə gələn əcnəbilərə göstərmək iqtidarında olacağıq.

Qonşu Gürcüstanı xatırlayaq. Məgər orada respublika əhəmiyyətli magistral yollarda Abxaziya və C.Osetiyaya gedən yollar və kilometraj öz əksini tapmayıbmı? Yaxud, ikiyə bölündüyü dövrdə almanlar Bonndan Berlinə gedən ənənəvi qatar marşrutunu onun hərəkət etmədiyi halda hər gün uca səslə elan etmirdilərmi? Doğrudur, həmin qatar o zaman hərəkət etmirdi, lakin psixoloji cəhətdən almanlar hər gün Berlinə gedir, bu şəhərin onların yaddaşından, gündəlik həyatından silinməsinə imkan vermirdilər. Əsl psixoloji müharibə bax budur".

printerçap versiyası