Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

Sakinlərin şikayətlərinin dinlənilməsi
(050) 340-40-30

Fəaliyyət

Millət vəkili Ceyhun Osmanlının ABŞ-a səfəri davam edir - 2011-03-29

Bildiyiniz kimi, Milli Məclisin deputatları Asim Mollazadə, Ceyhun Osmanlı, Rasim Musabəyov ABŞ Konqresində "Dağlıq Qarabağ münaqişəsi" mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün martın 23-də Vaşinqtona səfər etmişlər.Toplantıda münaqişənin tarixi, törətdiyi fəsadlar, problemin həlli ilə bağlı fikir mübadiləsi aparılır, mövzu ilə əlaqədar həqiqəti əks etdirən sənədlər təqdim olunmuşdur. Səfər zamanı millət vəkilləri Azərbaycan və Türk diaspor şəbəkələrinin keçirdikləri tədbirlərə də qatılacaqlar. Səfər martın 30-dək davam edəcəkdir. Bundan əlavəABŞ-da yaşayan gənclərimizlə toplantıda bir araya gələrək fikir mübadiləsi aparılmışdır.

Növbəti günlərdə George Washington Universitetində Türk və Azərbaycan tələbələrinin təşkil etdiyi mədəni gecədə iştirak edən millət vəkilləri xeyli gənclə ünsiyyətdə olmuş, təəsüratlarını paylaşmışlar. Daha sonra isə səhər  saat 10-da WUST Radio-da "The voice of Karabakh" verilişinə qatılmışlar.

Səfərdə olan millət vəkillərimiz ABŞ Qarabağ Fondu tərəfindən təşkil olunmuş "Rhytms of Azerbaijan" adlı konsert proqramına qatılmışlar. Konsert proqramı Vaşinqtonda Linkoln Teatrında keçirilmişdir. Konsertdə "Natiq Ritm Qrupu" və "Rast " qrupu çıxış etmişlər.

Səfər çərçivəsində deputatlar ABŞ Konqresində USAN tərəfindən təşkil edilən görüş və müzakirələrdə iştirak etmişlər. Daha sonra Vaşinqtonda təhsil alan gənclərimizin bir qrupu ilə görüşlər keçirilmişdir.

Ceyhun Osmanlının səfər çərçivəsində Maryland Universitetində çıxışı, həmçinin Türksoy-un Vaşinqton tədbirində iştirakı nəzərdə tutulmuşdur.

printerçap versiyası