Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

21
(050) 340-40-30

Fəaliyyət

Millət vəkili Ceyhun Osmanlı “Xaricdə təhsil alan gənc təbiblərin Almaniya Forumu”na qatılmaq üçün Almaniyaya yola düşüb - 2011-04-08

Aprelin 9-10-da Almaniyanın Mannheim şəhərində xaricdə təhsil alan gənc həkimlərimizin forumu keçiriləcəkdir. Forumun təşkilatçıları  DAAD – Alman Akademik Mübadilə Xidməti, Azərbaycan Höküməti, Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi və ASAİF – Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumudur.

Tibbi sosial sığorta sisteminin tez bir zamanda tətbiqi cəmiyyətimizdə həkimə inamı qaldıra bilər. Forumda millət vəkilləri və dövlət orqanlarının nümayəndələri ilə görüşdə müzakirə ediləcək məsələlərdən biri də bu olacaqdır.
 
Xaricdə təhsil proqramının tibbi ixtisasları prioritet seçməsi güclü həkim potensialının formalaşmasına böyük dəstəkdir. Digər proqramlarla da xaricdə tibb təhsili alan gənclərimiz var. Lakin xaricdə təhsil alan gənc həkimlərin heç də hamısı geri dönməkdə qərarlı deyillər. Ona görə də onların bu düşüncədə olmasının səbəblərini təhlil etmək və onların aradan qaldırılmasına çalışmaq lazımdır. Məhz bu səbəbdən Azərbaycan hökuməti, Alman Akademik Mübadilə Xidməti (DAAD), Həkimlər və Təbib Tələbələr İctimai Birliyi və ASAİF gənc təbiblərin Almaniya Forumunu keçirmək qərarı verdi. Forumda 100-dən çox gənc təbib və çox sayda mütəxəssis iştirak edəcəkdir.   
 
Görüşdə iştirak Azərbaycandan olan iştirakçılar üçün peşə, elm və təhsil sahəsində arzu etdikləri əməkdaşlığı qurmağa kömək edəcəkdir. Belə ki, onlar görüşdə həm alman mütəxəssisləri, həm də azərbaycanlı mütəxəssislərlə əlaqələr qurma imkanına malik olacaqlar.
 
Azərbaycanın əlaqədar universitet və klinikaları görüşdə özlərinin tanışlıq materialları və posterləri ilə iştirak edəcək. Onların görüşdə iştirakının Almaniya çalışan və ya təhsil alan gənclərimizin gələcək qərarlarına təsir edəcəyinə ümid edirik. Qeyd edək ki, DAAD özünün PAGEL layihəsi çərçivəsində hər il Almaniyada təhsil alan və ya çalışan 5-6 azərbaycanlı tələbə və gənc həkimin Azərbaycan klinikalarında 1 aylıq praktika keçməsinə maliyyə dəstəyi verəcək. Odur ki, gələcəkdə vətəndə çalışmaq arzusu olan gənclərimizə istədikləri Azərbaycan klinikasında yay praktikası keçmək imkanı da yaradılacaqdır. Bu ildən fəaliyyətə başlayacaq yeni proqram birgə elmi işlərin planlaşdırılması və həyata keçirilməsini dəstəkləyəcəkdir. Görüşdə Alman və Azərbaycan elmi institutları arasında konkret elmi əməkdaşlıq layihələrinin başlanğıcı qoyula bilər.                  
 
Forum dünyada tibb sahəsində ən nüfuzlulardan biri hesab olunan Heidelberg Universitetinin Manhheim Tibb Fakültəsində keçiriləcək. Forumun gedişi ilə bərabər bir universitetdə bir çox maraqlı ekskursiyalar da olacaqdır. Hesab edirəm ki, bunun özü də maraqlı təcrübə olacaq. Forum çərçivəsində Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə də ziyafət veriləcək və Azərbaycan mədəni proqramı təşkil ediləcəkdir.

printerçap versiyası