Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

26
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “Azərbaycanın siyasətində əsas prioritet gənclərin inkişafıdır” - 2011-10-26

Millət vəkili Ceyhun Osmanlı Azərbaycan Gənclərinin VI Forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan kimi gənc bir dövlətin “Eurovision- 2011”də qələbə qazanması böyük bir mədəni uğur olaraq dəyərləndirilə bilər:

“Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv oldu. Bu, onillərlə BMT-nin üzvü olan bir çox dövlətin arzusunda olduğu bir nailiyyət idi ki, Azərbaycan da bunu özünün apardığı düzgün siyasəti ilə qazandı. Azərbaycanın siyasəti gələcəyə hesablanıb və indi qazanılan bütün uğurlar ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir”.

C.Osmanlı vurğulayıb ki, gənclərə göstərilən qayğı, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi, həmçinin bu forumun təşkili və ümumilikdə keçirilən islahatlar Azərbaycan siyasətində əsas prioritetin gənclərin inkişafı olduğunu göstərir:

“İstedadlı və dövlət qayğısına ehtiyacı olan gənclərimizin Gənclər Fondunun açılmasını, gənc ailələrimiz isə sosial ipoteka şərtlərinin asanlaşdırılmasını səbrsizliklə gözləyirlər”.

Millət vəkili özünün rəhbərlik etdiyi “İrəli” İctimai Birliyinin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, ötən forumdan keçən 3 il ərzində təşkilatın təlimlərində 50 minə yaxın gənc iştirak edib, layihələr bütün rayonları əhatə edib, eləcə də 15 ölkədə keçirilən beynəlxalq tədbirlərdə təmsil olunub.

C.Osmanlı həmçinin universitetlərin şəraitlərinin yaxşılaşdırılmasını vacib hesab edir:

“Təklif edirik ki, gənclərimizin təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün özəl və dövlət ali təhsil müəssisələrinə tətbiq olunan əlavə dəyər vergiləri aradan qaldırılsın”.

Millət vəkili həmçinin kitab oxuyanların sayının artmasına təkan vermək üçün nəşriyyatlara qarşı da bu cür güzəştin tətbiq olunmasını təklif edib.

gun.az

printerçap versiyası