Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

14
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı “Sağlam Gənclik Naminə” layihəsinin açılış mərasimində iştirak etmişdir. - 2011-10-25

21 Oktyabr 2011-ci il tarixində “İRƏLİ” Gənclər Mərkəzinin “Şuşa” zalında“İRƏLİ” İctimai Birliyi, “Airmed” şirkəti və “Ailə Həkimi” jurnalının təşkilatçılğı ilə “Sağlam Gənclik Naminə” layihəsinə start verilmişdir.

Mərasimdə Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini, Respublika AİDS-lə mübarizə mərkəzinin sədri Həqiqət Qədirova, millət vəkili Elmira Axundova, millət vəkili Sevinc Hüseynova, millət vəkili Azər Badamov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının koordinatoru Məzahir Əfəndiyev iştirak etmişlər.

Tədbir zamanı ilk öncə söz Ceyhun Osmanlıya verilmişdir. Qonaqları salamlayan Ceyhun Osmanlı layihə barədə məlumat vermişdir. Daha sonra qonaqlar çıxış etmiş, layihənin təşəbbüsünü dəstəklədiklərini, layihənin uğurla baş tutması üçün hər çür yardıma hazır olduqlarını bildirmiş və tədbirə uğurlar arzulamışlar.

Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhəri və Azəbaycanın digər regionlarında yerləşən orta məktəblərdə təhsil alan şagirdlərə narkomaniya, AIDS, alkoqol və tütünün zərərləri mövzusunda seminarların keçiriləcək. İlkin mərhələdə layihənin 60 000 gənci əhatə etməsi nəzərdə tutulmuşdur.

Layihənin həyata keçirilməsində məqsəd gəncləri məktəb yaşlarından zərərli vərdişlərin ziyanı haqqında məlumatlandırmaq və onları təhsil aldıqları təhsil müəssisələrində aldıqları bilikləri digər şagirdlərlə bölüşmələrini təmin etməkdən ibarətdir. Seminar iştirakçılarına məlumat xarakterli müxtəlif paylama materiallarını, layihənin loqosunu və şüarını özündə əks etdirən digər materialların daxil olduğu paketlərin paylanması planlaşdırılır.
 

printerçap versiyası