Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

5
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı Berlində konfransda iştirak edib. - 2011-11-08

Berlində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Təhsil – Perspektivlər – Müvəffəqiyyətlər” mövzusunda keçirilən konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Almaniyadakı nümayəndəliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr sektorunun müdiri Həsən Məmmədzadə, millət vəkilləri Ceyhun Osmanlı və Fuad Muradov, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Baş Müşaviri Nərmin Zeynalova, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin məsləhətçisi Anar Bayramov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin şöbə müdiri Rizvan Nəbiyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Müjdat Həsənov, ARDNŞ-nin şöbə müdiri İlqar Əliyev, Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov, Azərbaycanın tələbə və məzunlarının Beynəlxalq Forumunun (ASAIF) nümayəndəsi Orxan Əkbərov iştirak edirlər.

Həmçinin Hessen Sülh və Münaqişə araşdırmaları Fondunun nümayəndəsi Dr. Azər Babayev, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Heydər Əliyev Fondunun icraçı-direktoru Anar Ələkbərov, Azərbaycan Respublikası Diaspor ilə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vaqif Seyidbəyov, “İPS - Azərbaycan“ İctimai Birliyinin sədri, Hamburq Universitetinin “ Hüquq“ fakültəsinin tələbəsi Həbib Məmmədli də tədbirə qatılıblar.

Konfrans zamanı “Müstəqilliyin 20 ili və Azərbaycanın gənc nəslinin perspektivləri”, “Azərbaycanlı tələbə və doktorantların təhsil və həyatı və onların alman cəmiyyətinə inteqrasiyası, Almaniyadakı Azərbaycan diasporasında tələbələrin rolu”, “Azərbaycanın dövlət və özəl sektorunda karyera imkanları” mövzularında fərqli panellərdə müzakirələr aparılır.

printerçap versiyası