Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

62
(050) 340-40-30

Fəaliyyət

Sabirabad rayonunda 20 yanvar qurbanlarının anım tədbiri keçirilmişdir - 2012-01-16

17 yanvar 2012-ci il tarixində Sabirabad rayonunda 20 yanvar hadisəsinin 22-ci il dönümünə həsr olunmuş tədbir təşkil olunmuşdur. Əvvəlcə rayon Ağsaqqallar şurasının sədri Şərif Məmmədbəyov həmin illərdə yaşadığı xatirələrdən söz açaraq gənclərə öz tövsiyyələrini bildirmişdir. Daha sonra söz verilən tarixçi müəllim Üzeyir Abbasov tarixi faktlara əsaslanaraq qanlı yanvar hadisələri barədə gənclərə ətraflı məlumat vermişdir.

Millət vəkili  Ceyhun Osmanlı öz çıxışında 20 yanvar günü azərbaycanlıların azadlıq mübarizəsinin tarixi əhəmiyyətindən söz açaraq hətta həmin hadisələrin iştirakçısı olmuş rus generallarının Azərbaycan xalqınin olan mübarizliyinə heyran qalmasından bəhs etmişdir. Məhz Azərbaycan xalqının azadlıq naminə ayağa qalxması nəticəsində Sovet İmperiyasına qarşı bütün dünyanın mütəşəkkil mübarizəyə başlamasını vurğulayan millət vəkili həmin il qərb mətbuatında Azərbaycan xalqının “İlin xalqı” kimi qələmə verilməsindən danışmışdır.

printerçap versiyası