Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

qalagayin_52
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “Azərbaycan gəncləri Fransanı ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi görmək istəmir” - 2012-01-29

C. Osmanlı bildirib ki, Birinci Dünya müharibəsində yəhudi soyqırımı ilə bağlı Nürnberq, Yuqoslaviyadakı hərbi cinayətlərlə əlaqədar isə Haaqa məhkəmələri bu tip məsələlərə dair qərar qəbul ediblər: “Senatın qərarı isə Fransa Konstitusiyası ilə də birbaşa ziddiyyət təşkil edir. Fransa öz qanunlarının dominantlığını ölkəsi daxilində təmin edə bilmirsə, artıq beynəlxalq tərəfdaş kimi legitimliyini itirməsinə səbəb ola bilər. Biz, Azərbaycan gəncləri olaraq bu qənaətdəyik ki, Fransada mənzil-qərargahı yerləşən beynəlxalq təşkilatlar – Avropa Şurası, İnsan Haqları üzrə Avropa Məhkəməsi və digərləri bu ölkədə yerləşə bilməzlər. Fransa artıq həm öz qanunlarının təmininə şərait yarada bilmir, həm də beynəlxalq tərəf kimi legitimliyini itirib”.

C. Osmanlı Azərbaycan gənclərinin mövqeyini ifadə edərək qeyd edib ki, Fransanı ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi də görmək istəmirlər: “Azərbaycanın neft və qaz yataqlarının işlənməsində Fransanın “Total” şirkəti də müəyyən paya malikdir. Biz beynəlxalq qanunvericilik çərçivəsində bu məsələyə yenidən baxılmasını məqsədəuyğun hesab edirik”.

C. Osmanlı Fransa şirkətlərinin xidmətlərindən kütləvi imtina edilməsi təşəbbüsü ilə çıxış edib: “Bundan sonra Fransa hava yollarına məxsus şirkətlərin xidmətlərindən imtina edəcəyəm. Ən azından növbəti ədalətli qərar qəbul olunana qədər. Bu kimi etirazlarımızı davam etdirəcəyik. Bu gün Fransa səfirliyinin qarşısında da aksiya keçirəcəyik”.  

printerçap versiyası