Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

IMG_8204
(050) 340-40-30

Fəaliyyət

Millət vəkili: “İşsizlikdən danışanlar özlərindən əmək bazarının hansı tələblərinə uyğunluqlarını soruşsunlar” - 2012-01-27

Sadəcə iş demək yox, ayrı-ayrı sahələrdə özünü inkişaf etdirmək lazımdır.

O, gənclərin bir çox istiqamətlərdə özlərini inkişaf etdirmələrinin lazım gəldiyini bildirib.

“Bir tərəfdən deyirik ki, işsizlik problemi var, bir tərəfdən də məlumat alırıq ki, Azərbaycanda çalışan əcnəbi vətəndaşların sayı 400 mini keçib. Belə bir sual yaranır ki, Azərbaycanda iş yerləri yoxdursa, bu adamlar harada işləyir? Demək ki, hər hansı bir müəssisələr var”.

Millət vəkili qeyd edib ki, biz demirik ki, Azərbaycanda əcnəbi vətəndaşlar işləməsin, bu normal bir haldır.

“Xarici işçi yeni bir təcrübə deməkdir. Yəni bu, o deməkdir ki, o xarici vətəndaşın yerində işləyə bilmək üçün özümüzü inkişaf etdirməliyik. Gənclər bir çox istiqamətlərdə özlərini yetişdirməlidir. Onlar mexaniki olaraq düşünmədən orta və ali təhsil almaqdan imtina etməlidirlər. Düşünməlidirlər ki, mən bu sahədə təhsil almaq istəyirəmsə, bu sahə mənə nə verəcək.

İşsizlikdən danışan insanlar özlərinə bu sualı verməlidirlər ki, mən bu gün əmək bazarının hansı tələblərinə cavab verirəm, yəni onlar özlərindən əmək bazarının hansı tələblərinə uyğunluqlarını soruşsunlar. İnsan hər gün inkişafda olmalıdır”.

Gun.Az

printerçap versiyası