Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

qalagayin_15
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “Təhsil sahəsinə əlavə dəyər vergisi şamil olunmamalıdır” - 2012-01-27

Onun sözlərinə görə, təhsil sahəsinə əlavə dəyər vergisi şamil olunmamalıdır.

“Təhsil sahəsində sosial ipoteka anlayışı meydana gəlməlidir ki, təhsil müəssisəsi rahat maliyyə əldə etsin və öz imkanlarını genişləndirsin.

Təhsil müəssisəsinin imkanının genişlənməsi yeni tələbə yataqxanasının tikilməsi, yeni laboratoriyaların, müasir kitabxanaların yaradılması deməkdir. Tələbə yataqxanalarının tikilməsi daha çox xarici tələbənin Azərbaycana gəlişi və təhsil turizminin inkişafı deməkdir. Bunlar bir-biri ilə zəncirvarı bağlı sahələrdir”

Özəl və dövlət ali təhsil müəssisələrindən danışan C.Osmanlı rəqabətdə öndə olan təhsil deyəndə özəl təhsilin yada düşdüyünü vurğulayıb.

“Dünyanın aparıcı universitetləri özəl universitetləridir. Bu da onu deməyə əsas verir ki, bizdə özəl anlayışı daha fərqlidir. Ümumiyyətlə, bizdə hər hansı bir müəssisənin özəlləşdirilməsinə müstəqillik əldə etdiyimiz dönəmdən sonra başlanılıb.

Sovet dövründə dünyada olan özəl təhsil sistemindən kənarda qalmışdıq. Amma indi Azərbaycanın çox gözəl özəl universitetləri var. Buna Qafqaz, Xəzər universitetlərini misal göstərə bilərəm. Düzdür, onlar hal-hazırda dünyanın ən yaxşı universitetləri siyahısında ilk yüzə düşmürlər, lakin minliklərin birində mütləq olurlar.

O ki qaldı, dövlət ali təhsil müəssisəsinə burada kadrların təkmilləşməsinə ehtiyac var.

Dövlət universitetində minlərlə müəllim işləyir. Amma tələbəsi ondan iki qat artıq olan xarici universitetdə daha az müəllim çalışır.

Müəllimlərin sayının azlığı bəlkə də onların dərs yükünü artıra bilər, amma bu daha çox gəlir və daha keyfiyyətli təhsil deməkdir. Dövlət ali təhsil müəssisələrində gənc kadrlara ehtiyac var”.

Gun.Az

printerçap versiyası