Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

6
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “Media gənclərin maariflənməsində aparıcı rol oynayır” - 2012-01-26

Ceyhun Osmanlı bildirib ki, bu cür problemlərin həlli istiqamətində media aparıcı rol oynayır.

“Biz gənclər təşkilatı olaraq əlimizdə olan imkanlarla yalnız 50 min və daha artıq gənci maarifləndirə bilərik. Lakin Azərbaycanda 3 milyondan çox gənc var. Bu gün milyonlarla insan televiziyaları və digər media orqanlarını izləyir.

Media qurumları gənclərin ailə dəyərləri baxımından maariflənməsi məqsədilə müəyyən tədbirlər həyata keçirməlidir. Gənclərə bunu daha maraqlı formada çatdırmağı bacarmalıdır”.
Dövlət tərəfindən gənclərə və gənc ailələrə dəstək haqqında nüanslara toxunan millət vəkili Milli Məclisdə gənclərə ipoteka kreditlərinin verilməsi, evlilik yaş limitinin artırılması kimi müzakirələrin, qəbul olunan qanunların bu yöndə aparılan əsas işlər olduğunu vurğulayıb.

“Nəinki gənc ailələrə, eyni zamanda gənclərə ipoteka kreditlərinin verilməsi haqda müzakirələr dövlət tərəfindən bunlara dəstək istiqamətində görülən əsas işlərdir”.

Gun.Az

printerçap versiyası