Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

31
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “O cəmiyyətdə ki, fərdlər ixtisaslaşmışdır, həmin cəmiyyəti inkişaf etmiş cəmiyyət hesab etmək olar.” - 2012-02-13

 

Ceyhun Osmanlı “O cəmiyyətdə ki, fərdlər ixtisaslaşmışdır, həmin cəmiyyəti inkişaf etmiş cəmiyyət hesab etmək olar.”

Bu sözləri “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı gənc liderlərlə görüşdə söyləmişdir. “İnsan kapitalı” mövzusunda aparılan paneldə insan kapitalının dövlətin formalaşmasında və inkişafındakı rolu barədə danışan millət vəkili qeyd etmişdir: “İnsana vaxtında qoyulan düzgün sərmayələr müəyyən dövrdən sonra iqtisadi inkişaf, hətta dünya miqyasında iqtisadi dominanrlığa qədər gətirib çıxara bilər.”

Ceyhun Osmanlı gənc liderlərə tövsiyyə etmişdir: “Qarşınıza məqsəd qoyun, o məqsədə gedən yola gedən pilləkənləri düz müəyyən edin və o pilləkənləri inamla, inadla qalxın. Pillələri qalxdıqca maneələrə rast gələcəksiniz. Amma məqsədimiz ali olduğu halda və bu məqsədə aparan yola inandığımız halda, biz hər zaman müqavimətə dayanacaq, güc tapacaq və bizə dəstək olan insanlar tapacağıq.”

Ceyhun Osmanlı görüş zamanı insanı inkişaf etdirən amillərdən də danışmışdır. O, insanın inkişafına səbəb olan əsas vasitələrdən biri olan mütaliəni xüsusi qeyd edərək, gəncləri daha çox mütaliə etməyə çağırmışdır. Millət vəkili gəncləri tənqidə açıq olmağa çağırmışdır: “Düzgün tənqid xəstəyə vaxtında qoyulmuş düzgün diaqnoz kimidir. Çünki vaxtında edilmiş düzgün tənqid birbaşa inkişafa aparır.

Görüş maraqlı diskussiya şəklində davam etmişdir.

Xatırladaq ki, 100 nəfər gəncin qatıldığı “Gənc Liderlər üçün Qış Universiteti−Sığortalı Gələcək” layihəsi Qəbələ rayonunda 15 Fevral 2012-ci il tarixinədək davam edəcək.

Layihə çərçivəsində gənclərə sığorta, biznes, kommunikasiya, iqtisadiyyat, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki mövzularda təlimlər keçiləcək. Layihə 5 gün müddətində bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət qazanan şəxsiyyətləri qonaq edəcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir. AzTV, XəzərTV, həmçinin 1news.az, gun.az, AzerTAc, news.az, azxeber.com, qaynar.info, interfax.az agentlikləri layihənin rəsmi informasiya dəstəkçisidirlər. 

printerçap versiyası