Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

8
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “Bu gün artıq Fransa insan haqlarını pozan bir dövlətə çevrilir” - 2013-03-04

Fransada azərbaycanlı tələbələrimizin döyülməsi ilə bağlı ədalətli qərarın verilməsinə olan ümidimizi itirmirik.

Bu fikirləri Gün.Az-a açıqlamasında millət vəkili Ceyhun Osmanlı Fransa Milli Assambleyasında ermənilər tərəfindən iki azərbaycanlının döyülməsi hadisəsinin ermənilər tərəfindən redaktə olunmuş videogörüntüsünün yayılmasına münasibət bildirərkən deyib.


Millət vəkili Fransanın buna hüquqi qiymət verəcəyinə ümidvar olduğunu bildirib.

“Lakin başqa bir hal ondan ibarətdir ki, bizim Minsk qrupunun həmsədri kimi Fransadan illərdir ki, ayrı-ayrı məsələlərdə ədalətli mövqe tutması ilə bağlı da təmənnalarımız var. Tək bizim yox, Avropa parlamentinin, Avropa Şurasının böyük qərarları var.

Baxmayaraq ki, Avropa Şurasının qərargahı Fransada yerləşir, təəssüflər olsun ki, onlar bu məsələni ikili standarta çevirirlər”.

Fransanın belə bir mövqeyini bu ölkədə erməni lobbisinin çoxluq təşkil etməsi ilə əlaqələndirən millət vəkilinin sözlərinə görə, bu gün Fransa insan haqlarını pozan bir dövlətə çevrilir.

“Bu gün artıq Fransa dövlətinin içinə nüfuz etmiş ermənilər rəsmi olaraq Fransanın dövlətçilik işinə qarışırlar. Bununla da böyük dövlət olan Fransanı öz dövlət haqlarına zidd qərarlara sövq etməyə çalışırlar.

Əgər Fransa Avropa Şurasının, Avropa Parlamentinin, eləcə də BMT-nin vəzifələrinin, öhdəliklərinin yerinə yetirilməsində öz mövqeyini düzgün anlamırsa və yerinə yetirmirsə, bu məsələdə də gec addım atmasını anlamaq olar. Çünki aydın məsələdir ki, bu gün artıq Fransa insan haqlarını pozan bir dövlətə çevrilir”.

C.Osmanlıya görə, bu cür hərəkət etməklə Fransa öz legitimliyini sual altında qoyur.

“Sabah hansısa bir başqa ölkədə buna uyğun problemlər yaşandığı zaman Fransanın heç bir hüquqi legitimliyi olmayacaq ki, onlardan nəsə tələb etsin”.

Millət vəkili vurğulayıb ki, bu gün Fransanın dövlət və siyasət işlərində ermənilərin çoxluğu bu ölkənin öz qərarlarını ədalətli verməsinə mane olur.

“Bu gün, təbii ki, sırf hökumət səviyyəsində və siyasi qərarlar qəbul etmək mövqeyində olan insanlar təəssüflər olsun ki, erməni lobbisi ilə iç-içə siyasət sərgiləyirlər. Bu da erməni lobbisinin maddi dəstəyidir.

Belə ki, Fransada ayrı-ayrı hökumətlər seçkidə səs çoxluğu əldə etdikdə, o ölkədə olan müxtəlif qrupların dəstəyini qazanaraq gəlirlər. Görünür ki, seçkilər vaxtı erməni lobbisinin göstərdiyi maddi dəstəklər sonradan hansısa öhdəliklər formasında Fransa hökumətinin qarşısına qoyulur”.

Fidan Əliyeva
Gün.Az

http://gun.az/politics/66025

printerçap versiyası