Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

Ceyhun Osmanlı
(050) 340-40-30

Fəaliyyət

Millət vəkili Ceyhun Osmanlı “Azərbaycan dövlət rəsmiləri ilə xaricdə təhsil alan tələbələrin görüşü” penelinə moderatorluq edib - 2013-04-02

28 mart tarixində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Roma forumunun açılış mərasimi keçirilib.

Forumda 45 ölkədən  550 Azərbaycan gənci, həmçinin İtaliyanın müxtəlif nüfuzlu gənclər təşkilatlarını təmsilən 20-dən çox italiyalı gənc iştirakçı qatılıb. Açılış mərasimində Roma forumunda  Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident  Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Təhsil Nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikasının İtaliyadakı Fövqaladə və Səlahiyyətli səfiri Vaqif Sadıqov, Azərbaycan-İtaliya Assosiyasinin rəhbəri Paola Casagrande,  Azərbaycan-İtaliya Ticarət İnstitutunun rəhbəri Mauela Traldi çıxış ediblər.

Tədbirin açılışından sonra “Azərbaycan dövlət rəsmiləri ilə xaricdə təhsil alan tələbələrin görüşü”, “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər”, “Ənənəvi və ictimai diplomatiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırkı vəziyyət və perspektivlər” mövzuları ətrafında işçi panellər keçirilib və müzakirələr aparılıb.

Forumda Milli Məclisin deputatı Ceyhun Osmanlının moderatorluğu ilə keçən “Azərbaycan dövlət rəsmiləri ilə xaricdə təhsil alan tələbələrin görüşü” panelində xaricdə təhsil alan gənclərin təhsil məsələləri və cari problemləri ilə bağlı müzakirələr aparılıb.  

Müzakirələrdə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimli, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli çıxış ediblər, xaricdə təhsilə dair dövlət proqramı ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırıblar.

Gənclərin əksəriyyəti xaricdə təhsillə bağlı 2007-2011-ci illər üzrə dövlət proqramının müddətinin 2020-ci ilədək uzadılması ilə bağlı arzularını ifadə ediblər.

Panel iclaslarda xarici ölkələrdə təhsil alan azərbaycanlı gəncləri maraqlandıran onlarla  maraqlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gənclərin sualları cavablandırılıb.

Qeyd edilib ki, bu gün Azərbaycan gənci ölkəmizin maraqları naminə vahid qüvvəyə çevrilib. Gənclər bildiriblər ki, onlar hansı ölkədə yaşamasından və ya təhsil almasından asılı olmayaraq, Azərbaycan dövlətinin dəstəyini daim hiss edirlər. Tədbirlərdə Azərbaycanın son zamanlar bütün sahələrdə, o cümlədən İKT, müasir texnologiyalar və beynəlxalq diplomatiya sferalarında çox mühüm nailiyyətlər qazandığı vurğulanıb. Bildirildi ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı, ölkədə vətəndaşların sosial-rifah halının daha da gücləndirilməsinə yönəlmiş tədbirlər, gənclərin yüksək dövlət vəzifələrinə təyin edilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının təməlini qoyulub.

Qeyd edək ki, Yaponiyadan Kanadaya, İsveçdən Avstraliyayadək dünyanın dörd bir guşəsindən Romaya toplaşan Azərbaycan gəncləri iki gün davam edən forumun sonunda bəyanat qəbul ediblər. Bəyanatda bildirilir ki, ASAİF hər il ənənəvi forumlar təşkil etməklə Prezident İlham Əliyevin bəyan etdiyi kimi “qara qızıl”ın insan kapitalına çevrilməsi prosesinə, xaricdəki azərbaycanlı gənclərin dövlətçiliyə bağlı güclü vətəndaş kimi formalaşması işinə öz töhfələrini verir. “Azərbaycan gənclərinin 2007-2015-ci illərdə Xaricdə Təhsili üzrə Dövlət Proqramı” indiyədək 2000-ə yaxın gəncə dövlət hesabına dünyanın ən nüfuzlu elm ocaqlarında təhsil almaq imkanı verib.

Bəyanatda Azərbaycanın müsbət imicinin möhkəmləndirilməsi işini əsas missiya sayan gənclər tariximizin öyrənilməsi və onun təhsil aldıqları ölkələrdə təbliğini daha da genişləndirmək vacib vəzifə kimi qeyd edib, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin fəal carçısına çevrilmək üçün əllərindən gələni etməyi bəyan ediblər.

Bəyanatda, həmçinin qeyd olunur: “ASAİF-in Roma forumu Azərbaycan Prezidentinə müraciət edərək cənab İlham Əliyevdən xaricdə təhsil proqramının müddətinin daha geniş kontingenti əhatə etməsi üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğunlaşdırılaraq 2020-ci ilədək uzadılmasını xahiş edir.

Minlərlə gənci ətrafında birləşdirən ASAİF-in hər bir üzvü Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı siyasi və iqtisadi uğurları müxtəlif ölkələrin ictimai sferalarına daşımaq üçün “gənc səfir” missiyasını öz üzərinə götürməkdən qürur duyur.

Son 10 ildə bütün sahələrdə qazanılan uğurların davamlılığı və qorunması, Azərbaycanın daha güclü dövlətə çevrilməsi naminə ASAİF olaraq dövlət başçısının ətrafında sıx birləşdiyimizi və qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik”.

Bəyanatda, həmçinin qeyd edilib ki, 13 mindən artıq gənci öz ətrafında birləşdirən ASAİF ailəsinin Roma forumu bundan sonra da belə toplantıların davam etdirilməsini, bununla paralel olaraq konkret ixtisaslar üzrə təhsil alan və məzun olmuş gənclərin tematik forumlarının da genişləndirilməsini qərara alıb.

Bəyanatda ASAİF-in növbəti forumunun Almaniyanın paytaxtı Berlin şəhərində keçirilməsi təklif olunub.

http://www.azertag.gov.az/node/1071681

printerçap versiyası