Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

19
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunmuş ziyafətdə iştirak edib - 2013-04-18

Donald Rumsfeld Fondunun Johns Hopkins İnstitutunun nəzdində təsis etdiyi Mərkəzi Asiya, Qafqaz və Əfqanıstan Fellowship proqramında iştirak etmək üçün Vaşinqtona gəlmiş bu ölkələrdən olan dövlət qurumu və özəl sektorun aparıcı nümayəndələri Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunmuş ziyafətdə iştirak edib.

Gün.Az-a ölkəmizin ABŞ-dakı səfirliyindən bildiriblər ki, ziyafətdə fondun təsisçisi, ABŞ-ın sabiq müdafiə naziri Donald Rumsfeld, millət vəkili Ceyhun Osmanlı, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starr, Amerika Universitetinin professoru Mamuka Tsereteli, Amerika Milli Müdafiə İnstitutunun mütəxəssisi polkovnik Jon Chicky, Gürcüstanın müdafiə nazirinin birinci müavini Levan Dolidze, səfir Arçil Qeqeşidze, Tacikistanın səfiri Nuriddin Şəmsov və digər səfirliklərinin nümayəndələri iştirak edib.

Qonaqları salamlayan səfir Elin Süleymanov ilk növbədə tədbirin Azərbaycan səfirliyinin ABŞ-da fəaliyyətə başlamasının 20 illiyinə təsadüf etdiyini deyib. O, Donald Rumsfeldin regionumuza göstərdiyi müsbət münasibətin təqdirəlayiq olduğunu vurğulayıb və ona təşəkkürünü bildirib.

Daha sonra, səfir Süleymanov Amerikanın nüfuzlu dairələri və ictimaiyyəti arasında Mərkəzi Asiya, Qafqaz və Əfqanıstan haqqında daha geniş məlumat mübadiləsinin aparılmasına şərait yaradan Rumsfeld Fondunun sözügedən proqramının əhəmiyyətindən söz açıb.

Dəvətə və gözəl tədbir təşəbbüsünə görə öz təşəkkürünü bildirən Donald Rumsfeld öncə səfirliyin 20 illiyi ilə bağlı təbriklərini ifadə edib. O, fondun tarixçəsinin yeni olmasına baxmayaraq, proqram məzunlarının çox uğurlu və nüfuzlu yerlərdə olduğunu qeyd edərək, bunun proqram və eləcə də şəxsən özü üçün qürurverici hal olduğunu deyib.

Öz növbəsində, Gürcüstanın ABŞ-dakı yeni səfiri Arçil Qeqeşidze təyinatından sonra Vaşinqtonda atdığı ilk addımlarından biri olaraq Azərbaycan səfirliyində təşkil olunan bu tədbirə qatıldığını söyləmiş, bunu Gürcüstan-Azərbaycan dostluğunun bariz nümunəsi kimi göstərib və səmimi əməkdaşlığımızın regionun inkişafına verdiyi töhfə barədə danışıb.

Eyni zamanda, Rumsfeld Fondu proqramının iştirakçılarının yaratdığı şəbəkənin gələcəkdə əlaqədar ölkələr arasında daha sıx əməkdaşlığa təkan verəcəyinə əmin olduğunu bildirib.

Pərvanə Sultanova

Gün.Az

http://gun.az/politics/69940

printerçap versiyası