Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

46
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “UAGB artıq nəinki Ukraynada, eləcə də Ukraynadan kənarda bir brendə çevrilib” - 2013-05-20

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü forumu öz işini davam etdirir.

Gün.Az-ın məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü forumu zamanı millət vəkili Qənirə Paşayeva çıxış edərək forumun işinə uğurlar arzulayıb.

O həmçinin, xaricdə təhsil alan gənclərin Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərin aktiv təbliğatçıları olduqlarını bildirib. Millət vəkili eyni zamanda, gənclərimizin Azərbaycan haqqında həqiqətlərin, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun və düzgün məlumatların Ukrayna və eləcə də dünya ictimayyətinə çatdırılmasında rolunu vurğulayıb.

Forumun gedişatında millət vəkili Ceyhun Osmanlı UAGB-nin uğurlarından söz açmış, bu təşkilatın artıq nəinki Ukraynada, eləcə də Ukraynadan kənarda bir brendə çevrildiyini xüsusi qeyd edib. O həmçinin deyib ki, gənclərimiz Ukrayna və Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafında önəmli rol oynayırlar və bu baxımdan UAGB-nin fəaliyyəti çox təqdirəlayiqdir.

ASAIF-in İdarə Heyətinin üzvü İlham Nağıyev ölkə başçısı cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq bildirib ki, bu gün Azərbaycan gəncliyi, dünyanın istənilən nöqtəsində uğurla fəaliyyət göstərir, Azərbaycanımızı layiqincə təmsil edir və bu, cənab Prezidentin apardığı uğurlu siyasətin təzahürüdür.

Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyli də çıxış edərək, Gənclər Fondunun fəaliyyəti haqqında forum iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin bu gün Gənclər Fondunun nəinki ölkəmizdə fəaliyyət göstərdiyini, eyni zamanda ölkəmizdən xaricdə mövcud olan gənclər təşkilatlarına da dəstək verməyə hazır olduğunu qeyd edib.

http://gun.az/nesil/72970

Fidan Əliyeva
Gün.Az

printerçap versiyası