Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

16
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “Milli Şuranın AŞPA müşahidəçilərinə qarşı rüşvət ittihamı cəfəngiyyatdır” - 2013-10-28

Radikal müxalifətin, Milli Şura təmsilçilərinin 9 oktyabr prezident seçkilərini müşahidə edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının üzvləri ilə bağlı səsləndirdikləri ittihamlar cəfəngiyyatdan başqa bir şey deyil.

Bunu Gün.Az-a açıqlamasında millət vəkili Ceyhun Osmanlı Milli Şura təmsilçilərinin AŞPA Müşahidə Missiyasının üzlərinə qarşı rüşvət ittihamına, eyni zamanda, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri  Anar Məmmədlinin həmin şəxslərlə bağlı faktların Avropa Məhkəməsinə təqdim edilməsinin mümkünlüyü ilə əlaqədar fikirlərinə münasibətini bildirərkən dilə gətirib.

Millət vəkilinin dediyinə görə, AŞPA müşahidəçiləri də daxil olmaqla, son - 9 oktyabr seçkilərini müşahidə etmək, izləmək üçün Azərbaycana 1400-ə yaxın parlamentari-müşahidəçi gəlib.

C.Osmanlı deyib ki, həmin müşahidəçilər, parlamentarilər  müşahidəçilik missiyasını həyata keçirərkən də konkret mexanizmlərə əsaslanır,  müəyyən prosedurları öyrənirlər.

Onun sözlərinə görə, eyni zamanda, həmin şəxslər bu işi könüllü şəkildə həyata keçirirlər. Yəni, əvvəlcədən seçkiləri müşahidə etməklə bağlı özləri müraciət edirlər.

C.Osmanlı həmçinin bildirib ki, AŞPA müşahidəçiləri də daxil olmaqla, digər beynəlxalq qurumların, o cümlədən, Avroparlamentin deputatları eyni seçki məntəqəsində yox, ayrı-ayrı seçki məntəqələrində müşahidəçilik missiyasını həyata keçirirlər, necə ki, 9 oktyabrda da keçiriblər.

“Sonra beynəlxalq qurumların müşahidəçiləri, müşahidə missiyalarının üzvləri öz missiyalarında bir araya gəlir, yekun iclas keçirir və missiyaları adından seçkilərlə bağlı rəy bildirirlər.

9 oktyabr seçkilərində də məhz belə oldu. Özü də həmin rəylər, hesabatlar bir-iki parlamentarinin deyil, yüzlərlə, hətta, minlərlə parlamentarinin, müşahidəçinin fikrini ifadə edir. İndi onları şübhə altına almaq, həmin müşahidəçilərə qarşı ağlasığmaz ittihamlar irəli sürmək qərəzdən və qeyri-obyektivlikdən başqa bir şey deyil.

Ümumiyyətlə, radikallar, Milli Şura təmsilçiləri hər zaman ziddiyyətli bəyanatlarla çıxış ediblər, bu dəfə də yenə ziddiyyətli mövqe nümayiş etdirirlər. Onlar bir tərəfdən Avropa qurumları ilə əməkdaşlıqdan danışır, onlarla münasibətlərin, əlaqələrin genişləndirilməsindən söz açır, bir tərəfdən də heç bir konkret dəlil, sübut, fakt olmadan onlara qarşı cəfəng iddialar irəli sürürlər.

Bu, əslində müxalifətin, radikalların əsl “göstəricisi”dir...” - deyə, C.Osmanlı sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu
Gün.Az

http://gun.az/politics/87777

printerçap versiyası