Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

29
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: KTMT daxilindəki şərtlər Azərbaycanın suveren ərazilərinə müdaxilə etməyə qətiyyən yol vermir - 2013-11-05

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki şərtlər Azərbaycanın suveren ərazilərinə müdaxilə etməyə qətiyyən yol vermir. Bunu Trend-ə millət vəkili Ceyhun Osmanlı RF SQ-nin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinskinin bəyanatına münasibət bildirərkən deyib.

C.Osmanlı qeyd edib ki, burada söhbət Ermənistandan və Azərbaycandan gedir: "Digər tərəfdən, Azərbaycanın ərazilərini, suveren sərhədlərini BMT-dən tutmuş bütün beynəlxalq təşkilatlar, eləcə də Rusiya özü də tanıyır. Azərbaycanın bu gün Yerevana hücum etmək niyyəti, Ermənistan əraziləri ilə bağlı heç bir iddiası yoxdur. Azərbaycan ancaq öz suverenliyindən, öz torpaqlarından danışır və bizim Dağlıq Qarabağı və ətraf 7 rayonu işğaldan azad etmək istəyimiz Ermənistanın suverenliyinə heç bir təhdid deyil".

Millət vəkili bildirib ki, əgər Azərbaycanın ərazi bütövlüyünün bərpası Ermənistanın suverenliyinə zidd deyilsə, KTMT iştirakçılarının buna müdaxilə etməyə heç bir hüquqi səlahiyyəti yoxdur: "Digər bir tərəfdən, o təşkilat çərçivəsində qərarlar da bir ölkənin razılığı ilə verilmir. Orada başqa ölkələr də var və mən inanmıram ki, Rusiyanın özü, Belarus və orada olan digər ölkələr Azərbaycana qarşı hər hansı bir fəaliyyəti dəstəkləsin".

C.Osmanlının fikrincə, Andrey Ruzinskinin bu bəyanatı verib-vermədiyini dəqiqləşdirmək lazımdır: "Çünki təcrübə göstərir ki, dəfələrlə erməni mətbuatı bəzi insanların, bəzi diplomatların, bəzi hərbçilərin fikirlərini yanlış təqdim edərək müxtəlif ölkələr arasında həm münasibəti pozmaqda, həm də sanki özlərinə bir dəstək olduğunu qələmə verməkdə maraqlıdır. Biz dəfələrlə belə prosesin şahidi olmuşuq".

Millət vəkilinin sözlərinə görə, əgər Ruzinski həqiqətən belə bir bəyanat veribsə, onda ilk növbədə vəzifə səlahiyyətlərini aşıb, birbaşa Rusiya Prezidentinin fəaliyyətinə zidd bəyanat verib. Çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, o cümlədən də Azərbaycan Rusiyanın ərazi bütövlüyünü tanıyır: "Əlbəttə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Digər tərəfdən, heç bir ölkənin ordusu özbaşına digər ölkənin ərazisinə soxulmur. İlk növbədə, bu, həmin ölkənin rəhbərliyinin qərarı və parlamentinin ratifikasiyası ilə baş verir. Nə Rusiya dövlətinin, nə də Dumasının Azərbaycan ərazilərinə müdaxilə etmək niyyəti olub. Bu halda hər hansı bir ordu və ya korpusun komandanı belə bir bəyanat verirsə, səlahiyyətlərini aşdığı və öz ölkəsinin rəhbərliyinin fəaliyyətinə zidd siyasət yeritdiyi üçün ilk növbədə ciddi şəkildə cəzalanmalıdır".

Qeyd edək ki, RF SQ-nin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinski bəyan edib ki, Dağlıq Qarabağda müharibə başlayacağı tədqirdə KTMT razılaşmasına uyğun olaraq, Rusiyanın Ermənistanda olan hərbi bazaları əməliyyata müdaxilə edəcək.

http://az.trend.az/news/karabakh/2208023.html

printerçap versiyası