Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

48
(050) 340-40-30

Fəaliyyət

Avropanın Gənclər Paytaxtı necə olduq? - 2013-11-23

Gəncə şəhəri 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilib. Gəncə bu adı qazanmaq üçün namizədliyi qəbul edilmiş 12 şəhər sırasından seçilmiş 5 şəhərlə Badajoz (İspaniya), Qalvey (İrlandiya), Laquna (İspaniya), Varna (Bolqarıstan),Vilnüs (Litva) final mərhələsində mübarizə aparırdı. Nəticədə, Avropa Gənclər Forumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunmuş münsiflər tərəfindən Gəncə şəhəri 2016-cı ilin Avropa gənclər paytaxtı seçilib.

Millət vəkili Ceyhun Osmanlı hesab edir ki, bu, Azərbaycanda aparılan gənclər siyasətinin uğuru nəticəsində mümkün olub.

– Gəncənin Avropa Paytaxtı seçilməsi bizim üçün nə deməkdir?

– İlk növbədə bu, Azərbaycanda gənclər siyasətinin  bu gün artıq Avropada brend kimi qəbul olunmağa başladığının göstəricisidir. Avropa qurumları, o cümlədən Avropa Gənclər Forumu, digər iri beynəlxalq gənclər təşkilatları həmişə Azərbaycan gənclərinin uğurlarını müsbət dəyərləndirib. Amma bu dəfə nailiyyətlərimiz rəsmən tanındı. Bu o deməkdir ki, Azərbaycanın artıq yalnız paytaxtı yox, həm də regionları ən iddialı təşəbbüslər irəli sürə bilər, buna nail ola bilər. Bunu ilk olaraq Gəncə təsdiq etdi. Təbii, bu Avropa Gənclər Paytaxtı titulunun arxasında Gəncə şəhəri rəhbərliyi və onun gənclərinin əziyyəti də dayanır. Onlar iddiaçı qismində çıxış etmiş, çox uğurlu təbliğat işi aparmışdılar.

– Avropanın Gənclər Paytaxtı olmaq Azərbaycan və Gəncə qarşısında hansı öhdəliklər yaradır?

– Gərək Azərbaycan gəncləri 2016-cı ilə  xüsusi olaraq hazırlaşsın. Həmin il artıq bütün Avropada Azərbaycan gənclərinin ili olacaq. Əslində, bu, çox böyük məsuliyyətdir. Gəncə qapılarını xarici qonaqların üzünə açacaq. Eyni zamanda, Avropanın müxtəlif yerlərində də gənclər paytaxtı ilə bağlı prezentasiyalar keçiriləcək. Nəzərə alsaq ki, 2015-ci ildə Bakıda ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək, bu da digər tərəfdən məsuliyyəti artırır. Çünki artıq həmin vaxtadək olimpiada sayəsində Azərbaycanı Avropada daha çox tanıyacaqlar. Bundan bir il sonra hər kəsin gənclər paytaxtı ilə bağlı prosesləri maraqla izləyəcəyi labüddür.

Əlbəttə,  dostlarımız bu uğurlarımıza sevinəcək. Amma öz növbəsində bizə paxıllıq edənlər bəlkə də hansısa mərdiməzarlıq etməyə, bizə qarşı qara PR  aparmağa, işlərimizə mane olmağa çalışacaq. Buna da hazır olmaq lazımdır. Milli  məsələlərdə Azərbaycan gəncləri həmişə dövlətlə həmrəy olub. Bu həmrəyliyi inkişaf etdirmək və qorumaq lazımdır. Birlik, bərabərlik fonunda növbəti uğurumuzu bütün dünyaya göstərə bilməliyik.

– Bu sahədə nailiyyətlərin davamlı olması üçün gənclərdən hansı təşəbbüslər gözlənilir?

– Artıq uğurlar Azərbaycanın həyat tərzinə çevrilib. Cənab Prezident bizi bu cür uğurlara öyrəşdirib. İnsanlar hər il hansısa nailiyyət əldə edəcəyimizi gözləyirlər. Özünüz fikir verin, şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2017-ci ildə paytaxtımızı İslam Həmrəyliyi Oyunları gözləyir.  Hazırda bir çox başqa məsələlərlə bağlı da Azərbaycan iddiaçı kimi çıxış edir. Belə hallar digər ölkələrdə bəlkə də 20 ildən bir baş vermir. Azərbaycan isə hər il azı 1-2 dünyamiqyaslı tədbirə ev sahibliyi edir. Bu, ilk növbədə Azərbaycan dövlətinin, bütün istiqamətlərdə həyata keçirilən inkişaf  siyasətinin nəticəsidir.

Mən qürurla qeyd etmək istəyirəm ki, Azərbaycanda heç bir layihə yarımçıq qalmır. Mən çox ölkələrdə olmuşam. Dəfələrlə şahidi olmuşam ki, 8-10 il əvvəl başlayan layihələr hələ də davam edir.
Azərbaycanda isə  ən iddialı layihələr qısa müddətdə uğurla başa çatır.

Gənclər Paytaxtı məsələsi gənclər siyasətində irəli sürülmüş təşəbbüs idi. Və burada da uğura möhürümüzü vurduq. Artıq Avropada Azərbaycan gənclərinə Avropadan kənar bir ölkənin gəncliyi kimi baxmır, bizə Avropanın öz gəncliyi kimi yanaşırlar. Bu işdə  Avropa qurumları ilə intensiv əməkdaşlığın da böyük rolu olub. Yüzlərlə, minlərlə gənclərimiz xaricə səfərlər edir, Azərbaycanı tanıdır, təqdim edir, özlərini Avropanın tərkib hissəsi kimi göstərir. Digər tərəfdən, elə gün yoxdur ki, Azərbaycana kimsə gəlməsin. Qonaqlar da təbii, öz dostlarına, təmsil etdikləri təşkilatlara bu uğurlardan ağızdolusu danışır. Bu cür işlər heç bir halda bir günün, bir ayın  zəhməti deyil. Bu, illər boyu Azərbaycanın brendləşməsi istiqamətində görülən işlərin məntiqi nəticəsi oldu.

Fərəh Sabirqızı

http://www.bakupost.az/siyaset/20131123101849663.html

printerçap versiyası