Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

8
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “ASAN Könüllüləri Gənclər Təşkilatı yaranmazdan öncə müsbət nümunə ortaya qoyub” - 2013-12-19

ASAN Könüllüləri Gənclər Təşkilatı fəaliyyət göstərərək yaranıb və təsis olunmazdan öncə fəaliyyəti müsbət dəyərləndirilib.

Gün.Az xəbər verir ki, bunu millət vəkili Ceyhun Osmanlı ASAN Könüllüləri Gənclər Təşkilatının 1-ci qurultayında çıxışı zamanı dilə gətirib.

Millət vəkilinin qeyd etdiyinə görə dünyanın istənilən ölkəsində müxtəlif çoxsaylı gənclər təşkilatı yaranır və illər ərzində fəaliyyət göstərirlər:

“Lakin, heç də onların hamısının fəaliyyəti uğurlu alınmır, çoxları tezliklə sıradan çıxır və ya fəaliyyətləri müsbət qiymətləndirilmir. Ancaq ASAN Könüllüləri Gənclər Təşkilatı yaranmazdan, təsis olunmazdan öncə müsbət fəaliyyət nümunəsi ortaya qoyub və cəmiyyət tərəfindən yüksək qiymətləndirilib”.

C.Osmanlı eyni zamanda qeyd edib ki, könüllülük fəaliyyəti insanın könlündən gəlməlidir:

“Əgər sizləri “ASAN Xidmətə” zorla cəlb etmiş olsaydılar o zaman, bugünkü kimi gülərüz olmazdınız və müsbət fəaliyyət ortaya qoymazdınız. Sizlər məhz öz könlünüzün qərarı ilə “ASAN Xidmətə” gəlmisiniz və bu müddət ərzində özünüzü könüllülər olaraq doğrultmusunuz”.

Kamil Həmzəoğlu
Gün.Az

http://gun.az/featured/92680

printerçap versiyası