Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

11
(050) 340-40-30

Fəaliyyət

Avronest Parlament Assambleyasının iclasında Azərbaycanlı deputatın hazırladığı sənəd müzakirəyə çıxarılıb - 2014-02-19

Məlum olduğu kimi, fevral ayında Belçikanın paytaxtı Brüsseldə Avronest Parlament Assambleyasının Sosial Komitəsinin iclası baş tutub.

Sosial Komitənin iclasında Avronestin cari fəaliyyəti ilə bağlı önəmli müzakirələr həyata keçirilib. Eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Osmanlı və Avropa Parlamentinin deputatı Tatyana Jdanokun həm müəllifi olduğu “Şərq Tərəfdaşlığı” ölkələrində mədəniyyətlərarası dialoq adlı sənəd Avropa Parlamentinin rəsmi sənədi olaraq müzakirəyə çıxarılıb.

Bildirək ki, sənəddə “Şərq Tərəfdaşlığı” ölkələrində mədəniyyətlər arası dialoq hansı ki, özündə tolerantlığı əks etdirir, eyni zamanda irqçilik, rasizm, faşizm kimi ünsirlərlə mübarizə və bir çox başqa məqamlar qeyd olunub.

Eyni zamanda “Şərq Tərəfdaşlığı” regionlarında konfliktlər olan bölgələrdə mədəniyyət obyektlərinin qorunmasının zəruriliyi və bununla bağlı öhdəliklərlə bağlı çox ciddi müddəalar da sənəddə öz əksini tapıb. Mükəmməl bir xarakter daşıyan sənəd nəyinki Avropa regionunda, hətta dünyanın bir çox yerlərində də tətbiq oluna bilər.

İclas zamanı Ermənistan Parlamentinin deputatları Ceyhun Osmanlının məruzəsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər zaman olduğu kimi aqressiv mövqedə olan, provakativ bəyanatlarla çıxış ediblər. Lakin Ceyhun Osmanlı bütün bu yönələn aqressiv və əsası olmayan bəyanatları əsaslı şəkildə cavablandırıb. Son olaraq Sosial Komitənin yekunlaşmış sənədi qəbul edilib və sənəd plenar iclasa tövsiyyə edilib.

Qeyd etmək lazımdır ki, Avropa Parlamentində Azərbaycanlı deputatın  məruzə etdiyi belə bir sənəd müzakirəyə çıxarılıb.

İclasda çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Osmanlı bəzi tərəfdaş dövlətlər tərəfindən Avropa İttifaqına ancaq maliyyə resursu kimi baxılmasının düzgün olmadığını söyləyib. O, İttifaqın dəyərlər inteqrasiyası olduğunu qeyd edərək, bu prosesdə tərəqqipərvər dəyərlərin mübadiləsinin prioritet sayılmasının vacibliyini bildirib. Deputatın bu yanaşması komissiya təmsilçiləri tərəfindən dəstəklənib.

http://gun.az/social/97994

http://www.azertag.com/node/1194342

http://bakupost.az/az/cemiyyet/20140219063213399.html

http://azxeber.com/index.php?action=static_detail&static_id=54313

http://www.azadinform.az/news/a-64430.html

http://azpress.az/index.php?lang=az&sectionid=news&id=22025

http://youthportal.az/az/news/detail.php?ID=49273

printerçap versiyası