Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

93
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlının politika.az saytında haqqında yazılan qərəzli yazı və yazıda bəhs edilən saxta məktubla bağlı KİV-ə açıqlaması - 2014-02-25

Bu məktub saxtadır və onun saxta olduğunu sübut etmək üçün cəmi bir neçə faktı demək kifayətdir:

1. Türk dilini yaxşı bilən bir insan dərhal anlayır ki, məktub Azərbaycanda hazırlanıb, türk dilinin deyil, Azərbaycan dilinin qrammatik üslübunda yazılıb və türk dili qrammatikası baxımından bir türk heç vaxt belə bir məktub yaza bilməzdi
2. Artıq məktubda adı keçən Enver Özerenin vəkili məktubun saxta olduğunu təsdiqləyib, eyni zamanda Fətullah Gülənin əsl imza nümunəsini tutuşdurmaq üçün təqdim edib və bununla da imzanın saxta olduğu təsdiqlənib

Qeyd edim ki, zamanlama təsadüfən seçilməyib. Bilirsiniz ki, bu dezinformasiya Xədicə İsmayılın Azərbaycan milli mənafeyi əleyhinə yönəlmiş audio yazısının mənim tərəfimdən Prokurorluğa təqdim edildikdən bir neçə gün sonra meydana gəldi. Bununla bağlı mülahizələrim aşağıdakı kimidir:

1. Bu saxtakarlığın arxasında Xədicə İsmayıl və həmfikirləri dayana bilər
2. Bu saxtakarlığın arxasında mənim ölkədəki ictimai-siyasi fəaliyyətimə qısqanclıqla yanaşan başqa bir qrup dayana bilər. Belə olan halda onlar zamanlamanı düşünülmüş şəkildə belə bir dövrə salıblar.
3. Bu saxtakarlıq dünyadakı erməni yalanları əleyhinə fəaliyyətimdən dolayı mənə aqqressiv mövqedə olan erməni diasporunun və anti-Azərbaycan şəbəkənin internetdə uzantıları olan insanlar tərəfindən həyata keçirilə bilər.

Versiyaların nə olmasından asılı olmayaraq ortada bir cinayət var. Ona görə də bu gündən müvafiq qaydada bu məlumatı yayan politika.az saytının idarəçiləri barədə məhkəmə iddiasının qaldırılması barədə vəkillə əlaqə saxlanılıb. Qeyd edim ki, bu saxta sənəd naməlum qrup tərəfindən hazırlanaraq eyni vaxtda bir çox informasiya agentliyinə göndərilib və təbii ki, məlumatın qərəzliliyi o agentliklər tərəfindən aşkar edildiyi üçün onlar bunu yayımlamayıb. Amma bəziləri qanunun tələblərini pozmuşdur. Bununla bağlı da gərəkli hüquqi iddialar qaldırılacaq. Fürsətdən istifadə edərək belə qərəzli məsələlərdə peşəkarlığa riayət edən media mənsublarına dərin təşəkkürümü bildirirəm.

O ki, qaldı saxta sənədi hazırlayan və yayan qrupun aşkar olunmasına, bununla bağlı da ayrıca hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir.
 

printerçap versiyası