Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

25
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edib - 2014-03-31

Sabirabad rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil edilib.

Milli Məclisin deputatı Ceyhun Osmanlı Sabirabad rayonunda keçirilən tədbirlərdə iştirak edib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, idarə və təşkiat rəhbərləri, o cümlədən digər rayon ziyalıları da iştirak ediblər.

İlk olaraq rayonda yerləşən “Ana harayı” abidəsi ziyarət edilib. Soyqırım qurbanlarının xatirəsi yad edilib və abidə önünə gül dəstələri qoyulub. Eyni zamanda tədbir iştirakçıları Sabirabad royonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə soyqırım qurbanlarının dilindən yaşanan hadisələrdən bəhs edən sənədli film nümayiş olunub.

printerçap versiyası