Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

9
(050) 340-40-30

Fəaliyyət

Millət vəkili Ceyhun Osmanlı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib - 2014-05-15

Sabirabad şəhərində “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.

Konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Daha sonra isə Heydər Əliyev Mərkəzində konfrans öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları Ceyhun Osmanlı, Əhliman Əmiraslanov, Rüstəm Xəlilov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və rayonun aktiv gəncləri iştirak ediblər.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev dahi siyasi xadim Heydər Əliyevin azərbaycançılıq ideyalarının təbliğində gördüyü işlərə nəzər salıb. Bildirilib ki, ölkəmizin inkişafında, dünya dövlətləri arasında söz sahibi olmasında və bu istiqamətdə gənclərin fəallığının artırılmasında Ümummilli Liderin misli görünməyən xidmətləri olub. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması dahi siyasi xadimin fəaliyyəti dönəmində xüsusi prioritetlərindən biri sayılıb.

Millət vəkili Ceyhun Osmanlı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb, Ulu Öndərin ölkəmizin inkişafındakı müstəsna xidmətlərini vurğulayaraq gənclərə öz tövsiyyələrini bildirib.

Konfransda digər natiqlər də söz alaraq böyük siyasi xadimin gənclər üçün həyata keçirdiyi tədbirlərdən bəhs edib. Ölkənin gələcəyinin məhz gənclərin əlində olduğunu dəfələrlə bəyan edən Ulu Öndərin daima gənc nəslin savadlı və bilikli yetişməsi üçün böyük səy göstərdiyi vurğulanıb. Qeyd olunub ki, hələ sovet dövründə Ümummilli Lider Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət göstərib, bu istiqamətdə bir sıra qanunların qəbul olunmasında onun əvəzsiz xidmətləri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin idarəçilik sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyev dövlət siyasətində gənclərə etimad göstərib, gənclərin istər ölkə daxilində, istərsə də xarici ölkələrdə yüksək təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirib. Məhz Ulu Öndərin təşəbbüsü və ciddi tapşırığı ilə respublikamızda bu istiqamətdə bir sıra dövlət proqramları hazırlanaraq icrasına başlanılıb.

Tədbir Sabirabad şəhərindəki Heydər Əliyev adına parkda möhtəşəm konsert proqramı ilə davam etdirilib.

printerçap versiyası