Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

Ceyhun Osmanlının Məmişlər kəndinin sakinləri ilə görüşü
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “Hələ ki, özümü gənc hesab edirəm” – MÜSAHİBƏ - 2015-02-02

“Gənclər günü Azərbaycanda artıq o qədər məhşurlaşıb ki, digər bayramlar kimi, hər kəs bu günü gözləyir”, -bunu “a24.az”a müsahibəsində millət vəkili Ceyhun Osmanlı deyib. O, vaxtilə rəhbəri olduğu gənclər təşkilatı (“İRƏLİ” İctimai Birliyi –red.), gənclərlə bağlı məsələlərdən danışıb.

- Ceyhun müəllim, Ümumrespublika Gənclər Günü ilə bağlı təəssüratlarınız necədir?

– Bu gün özünü gənc hesab edən hər bir Azərbaycanlının bayramıdır. Gəncləri, ailəsində gənc olan hər bir kəsi təbrik edirəm. İnanmıram ki, elə bir azərbaycanlı ailəsi olsun ki, orada gənc olmasın. Bu bayram mərhum prezident Heydər Əliyevin xalqımıza hədiyyəsidir. Xüsusilə əhalisinin çoxunu gənclər təşkil edən bir ölkədə bu günün qeyd olunması əlamətdardır. Azərbaycan əhalisinin təxminən 70 faizi uşaq, yeniyetmə və gənclərdən ibarətdir. Bu, gənc potensial deməkdir. Bu, Azərbaycanı irəliyə aparacaq çox böyük potensialdır. İnsan resursları baxımından, bu, ölkəmizin təhlükəsizliyi, inkişafı, dünya millətləri arasında bir prestij deməkdir. Gənclər Günü Azərbaycanda artıq o qədər məşhurlaşıb ki, digər bayramlar kimi, hər kəs bu günü gözləyir. Bu, o deməkdir ki, Gənclər Günü insanların ictimai şüurunda həkk olunub. Gənclər Günü ərəfəsində ölkə başçısı tərəfindən iki mühüm sərəncam imzalandı. Eyni zamanda, xüsusi istedadlı gənclərimizə prezident mükafatları təqdim olundu. Mən bu gənclərimizi də təbrik edirəm.

- Özünüzü hələ də gənc hesab edirsinizmi?

– Özüm də gənc olduğuma görə hesab edirəm ki, Azərbaycanda bu bayramdan bizə də mənəvi pay düşür. Mən hələ ki, özümü gənc hesab edirəm. Yaşım gənclik yaşını keçsə də, gənc ailələr baxımından gənc hesab olunuruq. Bu baxımdan, arzu edirəm ki, ali baş komandanın başçılığı ilə növbbəti gənclər gününü işğal olunmuş torpaqlarımızda qeyd edək. Bu, bizim hər gənclər günündə ən böyk arzumuz olaraq qalır. İnanırıq ki, o gün də uzaqda deyil.

- Bəs, ölkədə gənclərimizlə bağlı hansı ciddi problemləri qeyd edərdiniz?

– Dünyada elə bir insan tapmaq olmaz ki, onun nəsə bir arzusu, nəyəsə ehtiyacı olmasın. Təbii olaraq  gənclərimizə yaxşı təhsil lazımdır. Yəni, bu gün o cəmiyyətlər davamlı, dayanıqlı olur ki, onların mükəmməl təhsil sistemi var. Azərbaycan bu sahədə durmadan inkişaf gedir. Təhsil və dünya görüşü, iradə insanları bütün məqsədlərinə çatdırır. Bəzən görürük ki, insan təhsillidir, amma iradəsi zəifdir və hər hansı məqsədə çata bilmir.

Bu gün mən tütünün, narkotik maddələrin Azərbaycanda geniş yayılmasından narahatam. Narkotik maddələrdən və hər tində sulu qəlyandan istifadə edənlərin sayının çoxalmasını gənc ailələrimizin, gənclərimizin sağlamlığı baxımından  problem hesab edirəm. Millət vəkili olaraq bu məsələdə gənclərimizi daha ayıq-sayıq olmağa çağırıram.

- Keçmiş “İrəli”çi kimi, təşkilatın hazırki fəaliyyəti sizi qane edirmi?

– 4 ilə yaxındır ki, “İrəli” İctimai Birliyinin sədri deyiləm. Könüllü olaraq vəzifəmi özümdən daha gənc nəslə vermək qərarına gəldim. “İrəli”nin qurultayında sədr seçildi. Hesab edirəm ki, indiki “İrəli”çilər çox fəal çalışır və mən onlara uğurlar arzulayıram. Təşəkkür edirəm ki, onlar “İrəli” adını yaşadır və fəallıqlarını davam elətdirirlər. Əllərində olan mövcud imkanlar çərçivəsində fəaliyyət göstərirlər. Təkcə “İrəli”yə deyil, Azərbaycan gənclər siyasətinin çiçəklənməsində əməyi olan hər bir gənclər təşkilatının rəhbəri və üzvlərinə uğurlar arzulayıram.

- Gələcəklə bağlı planlarınız nələrdir?

- Mənim həyatımın hər günü gənclərlə bağlı olur. Gənclərlə görüş keçirir, ehtiyacı olan gənclərə məsləhət və tövsiyyələr verirəm. Azərbaycanda və xaricdə böyük məmnuniyyətlə gənclərimizlə görüşürük. Gənclərimizlə qarşılıqlı Azərbaycan dövlətçiliyinə dəstək olmaq məqsədilə fəaliyyətimiz davam edir. Hazırda gənclərimizlə birlikdə tədqiqat layihələrinə də üstünlük verirəm. Hər il bir neçə kitabı Gənc Tədqiqatçılar qurupu ilə çap etdirməyi məqsəd qoymuşuq. Bu yaxınlarda Qarabağ haqqında kitab çap etdirdik. Kitabda Qarabağın tarixindən tutmuş, bugününədək bütün hüquqi sənədlər yer alıb. Hesab edirəm ki, bu kitab da gənclərimizə böyük bir hədiyyədir. Təbii ki, bundan sonra da gənclərimiz üçün fəaliyyətimizi davam etdirəcəyik.

Amid Əyyuboğlu

http://a24.az/?p=20840

printerçap versiyası