Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

2
(050) 340-40-30

Bioqrafiya

Ceyhun Yunis oğlu Osmanlı 1982 – ci il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur.
1989 – 1999-cu illərdə Bakı şəhərində orta təhsil almışdır.
1999 – cu ildə Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə daxil olmuşdur.
2003-cü ildə bakalavr pilləsini bitirdikdən sonra elə həmin il Bakı Dövlət Universitetinin magistratura pilləsinə daxil olmuşdur.
2005 – ci ildə Politologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura pilləsinə daxil olmuşdur və hal-hazırda İqtisadiyyat üzrə Fəlsəfə Doktorudur.
2007 – ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən “SENSE” Proqramının məzunu olmuşdur.
2008 – ci ildə Harvard Universiteti (Boston, ABŞ) “Liderlər İnkişafda Proqramı”nın məzunu olmuşdur.
1999-cu ildə Azərbaycan Könüllülər İctimai Birliyini təsis etmişdir. 2000-2006-cı illərdə Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti olmuşdur.
2002-2005-cı illərdə Avropa Şurası Gənclər Məsələləri Üzrə Məsləhət Şurası və Proqram Komitəsinin üzvü olmuşdur.
2002-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının Baş Katibi olmuşdur.
2005-ci ildə Qafqazda ilk Gənclər Parlamentini yaratmışdır. 2006-2009-cu illərdə Azərbaycan Gənclər Parlamentinin sədri olmuşdur.
2005-ci ildə “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri olmuşdur. 2008-2012-cu illərdə “İRƏLİ” İctimai Birliyinin sədri vəzifəsini icra etmişdir.
2008-ci ildə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin vəkili olmuşdur.
2010-2015-ci illər üçün Azərbaycan Respublikası Milli Məclisinin dördüncü çagırış millət vəkili seçilmiş, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü olmuşdur.
2012-2014-cü illərdə Dünya Bankı və BVF Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü olmuşdur.
2017-ci ilin Aprel ayından etibarən Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektorudur.  Dosent adını almışdır.

Azərbaycan, rus, ingilis və türk dillərini mükəmməl bilir.
Nüfuzlu yerli və xarici KİVlərdə yayımlanmış çox sayda məqalənin müəllifidir.
Yerli və beynəlxalq səviyyədə təşkil edilən onlarla layihəyə rəhbərlik etmişdir.

ABŞ, Argentina, Türkiyə, Rusiya, Almaniya, Hollandiya, Ukrayna, Latviya, Litva, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Belarus, Moldova, İran, Xorvatiya, Sloveniya, İspaniya, Belçika, Fransa, İtaliya, Böyük Britaniya, İsveçrə, Polşa, Çexiya, Gürcüstan, Rumuniya, Bolqarıstan, Macarıstan və s ölkələrə işgüzar səfərlər etmişdir.

Evlidir. Üç oğlu var.


printerçap versiyası