Ceyhun Osmanlı :: Bioqrafiya

Ceyhun Yunis oğlu Osmanlı 1982 – ci il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur.

1989 – 1999-cu illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.

1999 – cu ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur.

BDU-ni bitirdikdən sonra 2003-ci ildə Bakı Dövlər Universitetinin magistraturasına daxil olmuşdur.

2005 – ci ildə Politologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2007 – ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən “SENSE” Proqramının məzunudur.

2008 – ci ildə Harvard Universiteti (Boston, ABŞ) “Liderlər İnkişafda Proqramı”nın məzunudur

Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təsilinin davam etdirir və elmi işini müvəffəqiyyətlə tamamlamışdır.

1999-cu ildə Azərbaycan Könüllülər İctimai Birliyini təsis etmişdir.

2000-2006-cı illərdə Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti olmuşdur. 

2002-2005-cı illərdə Avropa Şurası Gənclər Məsələləri Üzrə Məsləhət Şurası və Proqram Komitəsinin üzvü olmuşdur. 

2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının Baş Katibi olmuşdur.

2005-ci ildə Qafqazda ilk Gənclər Parlamentini yaratmışdır.

2005-ci ildə “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri olmuşdur.

2006-2009-cu illərdə Azərbaycan Gənclər Parlamentinin sədri olmuşdur.

2008-ci ildə “İRƏLİ” İctimai Birliyinin sədri seçilmişdir və hal-hazırda təşkilatın rəhbəri olaraq fəaliyyətini davam etdirir.

2008-ci ildə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin vəkili olmuşdur.

2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin dördüncü çagırışına millət vəkili seçilmişdir. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.

Azərbaycan, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı var.

http://www.ceyhunosmanli.az/biography/