Ceyhun Osmanlı :: Seçki platforması

YENİLƏŞƏN PARLAMENTƏ DOĞRU !

• Parlamentin yüksək ictimai nüfuz qazanaraq yeniləşmənin və islahatların aparıcı qüvvəsinə çevrilməsi
• Parlamentin ölkə prezidentinə islahatlar və yeniləşmə sahəsində dəstək verməsi
• Seçiləcək yeni parlamentdə mütərəqqi və islahatçı fikir və ideyaların səslənməsi
• Parlamentin Azərbaycanın aparıcı siyasi və intellektual elitasını özündə birləşdirərək yeni keyfiyyətə malik peşəkar qanunverici orqan kimi fəaliyyətə başlaması
• Dövlətçilik mənafeyindən çıxış edən və milli maraqlarımızı daha ardıcıl və daha qətiyyətlə qoruyan parlamentin formalaşması

QANUNVERİCİLİK FƏALİYYƏTİ

• Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılması
• Qanunların hazırlanmasında demokratik cəmiyyət və azad iqtisadiyyat prinsiplərinin daim nəzərə alınması
• Qanunvericilik fəaliyyətində Strategiya – Proqram – Qanun ardıcıllığının gözlənilməsi
• Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınması

SEÇİCİLƏRLƏ İŞ SAHƏSİNDƏ

• Seçicilərin problemlərinin ilk növbədə sistemli həllinə üstünlük verilməsi. Yəni müvafiq qanunların, proqramların, investisiya layihələrinin qəbul edilməsi və həyata keçirilməsi
• Üç aydan bir dəfədən gec olmayaraq Sabirabadda seçicilərlə davamlı görüşlərin keçirilməsi
• Sabirabad şəhərində daimi qərargahın yaradılması
• Deputatın qeydiyyat kitabçasının tərtib edilməsi və müvafiq təhlilin aparılması
• Sosial-iqtisadi problemlərin həlli məqsədi ilə Himayəçilər Fondunun yaradılması
• Seçicilərə münasibətdə «İnanın, Seçin, Tələb edin» prinsipinin gözlənilməsi
• Sabirabadda Millət vəkili obrazının köklü şəkildə dəyişdirilməsi

İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

• Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi
• İcra hakimiyyətinin, bələdiyyələrin, sahibkarların, qeyri-hökumət təşkilatlarının, ağsaqqal və ziyalıların iştirakı ilə Məsləhət Şurasının yaradılması
• Rayonun sosial-iqtisadi problemlərinin həllində yerli özünüidarəetmə orqanlarının rolunu artırmaq, bələdiyyələrin maliyyə təminatını və maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi
• Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsinin artırılması, eyni zamanda mövcud kadr ehtiyaclarının ödənilməsi məqsədi ilə insan kapitalına olan sistemli yatırımların davam etdirilməsi

İQTİSADİYYATIN İNKİŞAFI

• Sabirabadın sosial-iqtisadi inkişaf proqramının hazırlanması
• Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsinin qaldırılması
• Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması
• Banklar tərəfindən regiona yönələn kreditlərin artırılması üçün tənzimləyici hüquqi normaların işlənib hazırlanması
• Xarici sərmayənin bölgəyə cəlb edilməsinin həvəsləndirilməsi məqsədi ilə müvafiq qanunların təkmilləşdirilməsi
• Neft gəlirlərinin bir hissəsinin investisiyalar şəklində bölgəyə yönəldilməsi üzrə təkliflərin müvafiq icra orqanlarına təqdim edilməsi

SABİRABADIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ MALİYYƏ TƏMİNATI

• Dövlət büdcəsindən rayona subsidiyaların artırılması
• Sponsorlar hesabına Sabirabadın İnkişafına Yardım Fondunun yaradılması
• Xarici investisiyaların cəlb edilməsi
• Beynəlxalq təşkilatların yardımları və kreditləri

AQRAR SEKTORUN İNKİŞAFI

• Kəndin və kəndlinin problemlərinin qanunvericilik yolu ilə həll edilməsi
• Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə hökumət qarşısında məsələ qaldırılması
• Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması, aqroservislərin fəaliyyətinin artırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi
• Kənd təsərrüfatının inkişafına həlledici təsir göstərən yeyinti sənayesi müəssisələrinin rayonda geniş şəbəkəsinin yaradılması istiqamətində konkret işlərin görülməsi
• Kəndin inkişafı proqramının hazırlanması ilə bağlı Hökumət qarşısında məsələ qaldırılması
• Mövcud vəziyyəti daha çox diqqət tələb edən kəndlərin inkişafı üzrə tədbirlərin müvafiq dövlət proqramlarına daxil edilməsi məqsədi ilə müvafiq orqanlar qarşısında məsələ qaldırılması
• Qanunvericilik təşəbbüsündən istifadə edərək kənd təsərrüfatı məhsullarının kəndlidən əlverişli şərtlərlə satınalmasını nəzərdə tutan müvafiq hüquqi bazanın yaradılması
• Sabirabadda yeni taxıl elevatorunun tikintisi məsələsinin qaldırılması
• Sabirabadda kənd təsərrüfatı məhsulları üçün yeni soyuducu kameraların qurulması məsələsinin qaldırılması
• Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması ilə bağlı təkliflərin hazırlanması
• Kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla daşınması üçün əlavə tədbirlərin görülməsi
• Kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılması

İNFRASTRUKTUR

• Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də yeni kənd yollarının salınması ilə bağlı məsələ qaldırılması
• Elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlərinin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması
• Su-kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı təklifin qaldırılması
• Daşqına qarşı yeni bəndlərin tikintisinə davamlı olaraq diqqət göstərilməsi
• Sabirabad kəndlərinin suvarma suyuna olan ehtiyacını ödəmək məqsədi ilə məsələ qaldırılması
• Ayrı-ayrı kəndlərdə içməli su probleminin həlli məqsədi ilə artezian quyularının qazılması, bəzilərinin bərpa edilməsinə və su kəmərlərinin çəkilməsinə müvafiq qaydada köməklik göstərilməsi
• Ehtiyac olan yerlərdə körpülərin salınması üçün təkliflərin müvafiq orqanlara təqdim edilməsi və onların reallaşdırılması

SOSİAL MƏSƏLƏLƏR

• Minimum əmək haqqının aylıq deyil, 1 saata görə müəyyən edilməsi məqsədi ilə müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi
• Pensiyaların məbləğinin orta aylıq əmək haqqına yaxınlaşdırılması təklifinin irəli sürülməsi
• Vətəndaşların əmanətlərinin əvvəlki dəyəri bərpa edilməklə onlara qaytarılmasına yönəlmiş qanunvericilik fəaliyyətinin göstərilməsi
• Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən qanunvericilik bazasının yaradılması
• Ayrı-ayrı müavinətlərlə, insanların real ehtiyaclarının uyğunluq təşkil etməsinin nəzarətdə saxlanılması
• Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi

GƏNCLƏR SİYASƏTİ

• İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla sabirabadlı gənclərin mənzil təminatının yaxşılaşdırılması
• Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldırılması
• İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi, yeni idman qurğularının qurulması, xüsusilə də şəhər stadionunun bərpası
• Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi
• Azərbaycanın hüdudlarından kənarda yaşayan və işləyən sabirabadlı gənclərin potensialının reallaşdırılmasına hər cür köməklik göstərilməsi
• Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılması,
• Gənclərin ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları, peşəkar kadr kimi vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması

TƏHSİL SİSTEMİ

• Uzaq kəndlərdə dərs deyən müəllimlər üçün imtiyazların artırılmasının qanunvericiliklə təsbit olunması
• Rayonda ali və orta ixtisas məktəblərinin açılmasına, o cümlədən təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması
• Rayon ərazisində bir neçə nümunəvi uşaq bağçasının yaradılması təklifinin müvafiq orqanlara təqdim edilməsi
• Təhsil sistemində əmək haqqının ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması məsələsinin Hökumət qarşısında qaldırılması
• Kompüter-internet şəbəkəsinin genişləndirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətlərin tətbiqinin yayılmasına dair təkliflərin hazırlanması və müvafiq qurumların köməkliyi ilə reallaşdırılması
• Kitabxanaların günün tələblərinə uyğun fəaliyyət göstərməsi

SƏHİYYƏ SİSTEMİ

• Dövlət tibb müəssisələrinin maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədi ilə dövlət vəsaitlərinin artırılması məsələsinin büdcənin müzakirəsi zamanı təklif etmək
• Səhiyyə sistemi üzrə əmək haqqının səviyyəsini ölkə üzrə orta aylıq əmək haqqının səviyyəsinə çatdırmaq üçün təkliflərin hazırlanması
• Sabirabadda dövlət vəsaiti hesabına müasir standartlara cavab verən diaqnostika mərkəzinin açılması məsələsinin müvafiq orqanlar qarşısında qaldırılması
• Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri, Gigiyena və Epidemoloji mərkəzinin inzibati binasının və Vərəm əleyhinə mübarizə dispanserinin tikintisi, 25 tibb müəssisəsinin əsaslı təmiri məsələsinin qaldırılması

MƏDƏNİYYƏT

• Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması
• Tarixçilər, etnoqraflar, xüsusilə arxeoloqlar tərəfindən regionda tədqiqatların aparılması, arxeoloji qazıntılar vasitəsilə regionun zəngin tarixi irsinin üzə çıxarılması vasitəsilə Sabirabad rayonuna olan diqqətin daha da artırılması
• Sabirabadın ədəbi - mədəni irsi və digər önəmli istiqamətlərdə kitabların nəşr edilməsinə dəstək göstərilməsi
• Sabirabadın mədəni potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi

QARABAĞ

• Həm sabirabadlıların, həm də bütün azərbaycanlıların ən böyük məqsədi erməni seperatçılarının işğalı altında olan Dağlıq Qarabağımızı və ətraf 7 rayonumuzu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz, bütün azərbaycanlılar, o cümlədən sabirabadlılar yorulmadan, usanmadan, əzmlə çalışmalıyıq. İşimizin keyfiyyətli nəticə verməsi üçün bizə inkişaf edən və Azərbaycanın mübarizəsinə ciddi töhfələr verməyə qadir olan Sabirabad lazımdır! Bu məsələlərin həlli naminə xalq-dövlət birliyinin gözəl nümunəsini kimi ümumi ideyalar ətrafında birləşərək Sabirabadı Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevirəcəyimizə inanırıq.
 

http://www.ceyhunosmanli.az/dearvoters/platform/