Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

30
(050) 340-40-30

Fikirlər

30.12.2013Həyatımızdakı illərin sayı çox, həmrəyliyimizin coğrafiyası böyük olsun! İlləriniz uğurlu, həmrəyliyiniz güclü olsun, əziz dostlar! Bayramınız mübarək!
23.12.2013Sözünün ağası olmaq, verdiyi sözə hər şəraitdə əməl etmək hər adama nəsib olmur! Belə insanlar unudulmur!
09.11.2013Bayrağımızı görəndə xoş həyəcan keçirən, bayrağımızın yerə enməməsi üçün canından keçməyə hazır olan, bayrağımıza utanc gətirəcək əməlləri olmayan, bayrağımıza öz namusu kimi baxan, bayrağımızın rəmzlərini özünün həyat fəlsəfəsi edən hər kəsin bayramı mübarək olsun!
21.10.2013Müşahidələr göstərir ki, hər kəs öz xarakterinə uyğun dostlar seçir. Belə olan halda optimistlərin optimist dostları olur. Pessimistlərin isə daha çox pessimist dostları olur. Həyatda paylaşılacaq milyonlarla gözəl nemət, arzu, dəyər, hadisə, əhvalat var! Xoş görü bəzən irsi olsa da, onu zamanla qazanmaq da mümkündür. Bütün dostlarıma ən çətin anlarında belə xoş əhval-ruhiyyə və optimizm arzulayıram!
06.09.2013Bir insana edilə biləcək ən böyük yaxşılıqlardan biri ona bəslədiyin xoş və səmimi münasibətlərə görə sənə peşmançılıq hiss etdirməməkdir!
18.08.2013Arzu edirəm ki, tələbə adını qazanan gənclərimiz hansı xoş həyəcanla tələbə olmağa can atırdılarsa, tələbə həyatları da həmin xoş həyəcanla davam etsin. Tələbə həyatı ayrı bir dünyadır. Bəziləri istədiyini, bəziləri istəmədiyini, bəziləri gözlədiyini, bəziləri gözləmədiyini məhz tələbə həyatında tapır! Yüksək balla qəbul olan tələbələrimizdən universitetdə də yüksək təhsil gözləyirik. Bəzən 700 bal yığan tələbə universitetdə bir neçə ay populyar olur, sonra isə öz fakültəsinin sonuncusu belə ola bilir. Ona görə də həyat yolunuzda entuziazmı heç bir zaman itirməyin, dostlar!
28.05.201395 illik Cümhuriyyətin övladlarıyıq. Çox xoşbəxtik ki, bu günü müstəqil bir Azərbaycanda qeyd edirik. 95 il öncə qaldırılan bayrağımız bu gün dünyada daha da əmin, daha da vüqarlı bir şəkildə dalğalanır. Bayrağımızın heç bir zaman enməməsi üçün gecə-gündüz çalışmaq bizim şərəf borcumuzdur! Əziz və özəl bayramımız mübarək!
23.04.2013Şükr etməyi bacarmayan insana həyatda hər şey azdır! Kimə ki, hər şey azdır, O həmişə acdır.
15.04.2013Hər uğur bir sevincdir, amma hər sevinc bir uğur deyil. Eləcə də hər uğur xoşbəxtliyə aparmır, amma özünü xoşbəxt hesab edən insanları əsl uğurlu adam saymaq olar, çünki bəzi uğurlu adamlar özlərini heç xoşbəxt hesab etmir!
26.02.2013Xocalı... Sadəcə bir söz deyərək, sadəcə bir şəhər deyərək, sadəcə bir qətliam deyərək, sadəcə bir cinayət deyərək, sadəcə bir soyqırım deyərək keçməyin... Mahiyyətinə varın... Fəlsəfəsinə varın... Özünüzünküləşdirin... Hiss edin... Acıyın... Ağlayın... Amma ayılın... Hayqırın... Çalışın... O şəhəri geri almağa çalışın.. O insanların qanını yerdə qoymamağa çalışın... Sonra soruşun... Soruşun ki, mən bu gün Xocalı üçün nə etdim... Düşünün ki, sabah nə edəcəksiniz... Düşünün ki, hər gün nə edəcəksiniz... Bir gün Xocalıda yenidən Xocalılı olmağa çalışın! Hər gün çalışın!
10.06.2012Nə Azərbaycan 20 il öncəki Azərbaycandır, nə də azərbaycanlılar 20 il öncəki azərbaycanlılardır! Nə dövlətimiz 20 il öncəki dövlət, nə də vətəndaşlarımız 20 il öncəki vətəndaşlardır. İndi əhalimiz də, dünyada olan iş adamlarımız da, mühəndislərimiz də, diplomatlarımız da, tələbələrimiz də daha çox, daha çevik, daha məlumatlı və daha keyfiyyətlidir! Düşmənlərimizin arzu və istəklərindən asılı olmayaraq bu bir həqiqətdir! Biz lazım olanda güclü bir dost kimi, məcbur qalanda isə güclü bir düşmən kimi çevik cavablar verəcəyik!
09.05.2012İstiyə çox yaxın durmayın, çünki Sizi yandıra bilər... Çox da uzaq durmayın, çünki üşüyə bilərsiniz...
07.05.2012Bizim arzularımız var, ümidlərimiz var! Amma bir həqiqəti unutmayaq! Bizim olduğu kimi insanlarımızın da bizlə bağlı arzuları, bizlə bağlı ümidləri var. Gəlin elə əzmlə çalışaq ki, bizim arzularımız kimi, bizlə bağlı arzular, vətənimizlə bağlı arzular çin olsun və ən əsası Qarabağımız tezliklə bizim olsun!
07.05.2012Prezidentimiz İlham Əliyevin öz qarşısına və bizim qarşımıza hədəf kimi qoyduğu gələcəyin inkişaf etmiş bir Azərbaycanını əl-ələ, çiyin-çiyinə verərək birgə inşa edəcəyik!
07.05. 2012Qazanılan uğurların qədrini bilmək lazımdır. Qazanılan nailiyyətlərə sahib çıxmaq lazımdır. Çünki biz əlimizdə olanlara sahib çıxmasaq, ona şərik olmaq istəyənlər çox olacaqdır.
07.05.2012Heç bir şey Azərbaycanı sevməkdən, heç bir şey Azərbaycan ideyasından daha önəmli deyildir.
21.04.2012"QEYBƏT və İFTİRA"... Bunlar bir insanın edə biləcəyi ən böyük günahlardandır. Ən böyük qeybət və iftira isə bir qrup, topluluq, təşkilat, millət, xalq haqqında olan əsassız və çirkin fikirlərdir. Əgər bir insanın haqqını tapdaladınızsa, o insandan üzr istəyərək, halallığını alaraq günahınızı yuya bilərsiniz. Bir topluluq haqqında olan iftiradan sonra isə o insanların hər biri haqqını halal etmədikcə bu günahdan qurtuluş çox çətindir və əlbəttə ki, son qərar Allahındır!
06.04.12Bu gün gənclərimiz böyüklərimizdən öyrəndiyi kimi, böyüklərimiz də gənclərdən öyrənməyi günün reallığı və təbii hal kimi qəbul edir.
06.04.12Həyatda uğurun, inkişafın beşiyində yatan faktor insandır ki, ona qoyulan sərmayə yalnız uğura məhkumdur.
06.04.12Ölkəmizin inkişafı naminə səslənən fərqli fikirlərə bizi ayıran cəhət kimi yox, faydalanmalı olduğumuz intellektual xəzinə kimi yanaşmalıyıq.
← əvvəlki    1  2  3    növbəti